Zelenski: Bahmut şəhəri faktiki olaraq yer üzündən silinib
10.12.2022 [18:16]
Xəbərin mətni
Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk cəbhəsindəki Bahmut şəhərinin rus ordusunun hücumları nəticəsində tamamilə dağıldığını bildirib.AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, Ukrayna Prezidenti teleqram hesabında paylaşdığı görüntülü mesajda Rusiya-Ukrayna müharibəsində ən şiddətli döyüşlərin Donetsk cəbhəsində getdiyini qeyd edib.