CƏMİYYƏT


Bakıda yataqxanada baş verən yanğında 3 nəfər xilas edilib

Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 20 kvadratmetr olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas edilib, 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.