DÜNYA


Bosniya və Herseqovinada leysan yağışları daşqınlara səbəb olub

Bosniya və Herseqovinada əlverişsiz hava şəraiti fəsadlar törədib.AZƏRTAC xəbər verir ki, güclü leysan yağışları bir çox şəhərlərdə daşqınlara səbəb olub. Banya Luka və Priyedor şəhərlərində evləri su basıb. İnfrastruktura ciddi ziyan dəydiyi, insan tələfatının olmadığı bildirilib. Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına mülki-müdafiə qüvvələri cəlb olunub.Ölkə ərazisində əlverişsiz hava şəraitinin davam edəcəyi bildirilir.