CƏMİYYƏT


Yasamal rayonunda yeraltı piyada keçidini su basıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yeraltı piyada keçidinə su dolması barədə məlumat daxil olub.FHN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.Yanğınsöndürənlər subasmaya məruz qalmış keçiddən suyun çəkilərək kənarlaşdırılması işlərini həyata keçiriblər.