CƏMİYYƏT


"Səkkiz yaşımdan ayaqqabı tikirəm"- pinəçi Pilağa dayı

Salyan rayonunda çox az insan olar ki, Pilağa dayını tanımasın. Özünün də dediyi kimi, rayonun on sakinindən beşi onun təmir etdiyi ayaqqabılarla addımlayır. O, ömrünün çox hissəsini bu işə həsr edib.AZƏRTAC xəbər verir ki, ömrünün 70 ilini Salyanda pinəçilik edərək evinə çörək pulu aparan Pilağa dayı 87 yaşı olmasına baxmayaraq, bu gün də öz işini sevərək görür. O, peşəsinə bağlı insandır. İşlədiyi məkan evindən bir qədər uzaqda olmasına baxmayaraq, hər gün səhər tezdən bu yolu piyada gəlib işinin başında olur. İş yeri köhnə, nimdaş, səliqəsiz və soyuqdur, lakin onu isidən müştərilərinin sevgisidir.