Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi uşaqlara bayram sevinci yaşadıb

16.12.2022 [10:30]

Xəbərin mətni

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin əməkdaşları Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Yeni il ərəfəsində “Bizim ev” Ailə Tərbiyəsinə Dəstək Mərkəzində olub, valideyn himayəsindən məhrum uşaqlar üçün bayram tədbiri təşkil ediblər.AZƏRTAC xəbər verir ki, uşaqlar üçün Moskva Kukla Teatrının ifasında “Al çiçək” tamaşası nümayiş etdirilib.