Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncənin tarixini yaşadan məkan - Səbzikar qəbiristanlığı

16.12.2022 [17:28]

Xəbərin mətni

Gəncənin əsrlərlə yaşı olan “Səbzikar” qəbiristanlığı bir çox tarixi faktları və İslam-Şərq memarlığının nümunələrini özündə qoruyub saxlayır. Bu məzarlıqda şəhərin nüfuzlu şəxsləri, din və elm xadimləri, həmçinin tanınmış nəsillərin nümayəndələri dəfn olunub. Hazırda qəbiristanlıqdakı bir çox məzar və türbələrin bərpaya ehtiyacı var. Gələn ildən həmin abidələrin bərpasına başlanılacağı gözlənilir. AZƏRTAC-ın bölgə müxbiri tarixçi Bəxtiyar Məhərrəmovla birgə “Səbzikar” qəbiristanlığına baş çəkib, məzarlığın tarixi ilə maraqlanıb.