Azərbaycan Dövlət İnformasiya Agentliyi

Jurnalistlər Xaçınçay və Suqovuşan su anbarlarında aparılan təmir-bərpa işləri ilə tanış olublar

17.12.2022 [11:20]

Xəbərin mətni

Yerli media nümayəndələrinin Ağdam rayonu ərazisindəki Xaçınçay və Tərtər rayonu ərazisindəki Suqovuşan su anbarlarına səfəri təşkil olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin xətti ilə təşkil edilən səfər zamanı media nümayəndələri əvvəlcə Xaçınçay su anbarında aparılan təmir-bərpa işləri ilə tanış olublar.