Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı-Quba yolunda yük maşını aşıb, xəsarət alan var

17.12.2022 [12:56]

Xəbərin mətni

Bakı-Quba yolunda yük maşınının aşması nəticəsində iki nəfər xəsarət alıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1963-cü il təvəllüdlü Rəfail Məmmədovun idarə etdiyi 99 XT 405 dövlət qeydiyyat nişanlı yük maşını yolun Şabran rayonu ərazisindən keçən hissəsində aşıb. Hadisə nəticəsində sürücü və maşında olan sərnişin xəsarət alıb.