Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağstafada quldurluq hadisəsi baş verib

20.12.2022 [10:57]

Xəbərin mətni

Ağstafada naməlum şəxslər gecə saatlarında Nəriman Nərimanov küçəsi 9 ünvanındakı mənzilə basqın ediblər. Onlar evdə tək olan Sahibə Ələkbərovaya qarşı fiziki zor tətbiq edərək, ona məxsus pul və qızıl-zinət əşyalarını ələ keçiriblər.AZƏRTAC xəbər verir ki, daha sonra maskalı şəxslər ərazidən uzaqlaşıblar. Bundan sonra dərhal polisə məlumat verilib.Hazırda Ağstafa Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.