SİYASƏT


Hulusi Akar: “İki dövlət, bir millət, bir ordu!” anlayışı ilə Azərbaycanın yanındayıq

Can Azərbaycan otuz il işğal altında saxlanılan öz torpaqlarını 44 günlük “Tək Vətən hərəkatı” ilə Ermənistanın işğalından azad etmişdir. Hazırda Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernləşdirilməsi, təlim və təhsil fəaliyyətlərində iştirak edir. İşğaldan azad edilən Azərbaycan bölgələrinin minalardan təmizlənməsi davam etdirilir. Bu çərçivədə 12 min nəfərlik heyətə təlim keçirilib, 4 min 500 partlayıcı aşkarlanıb, həmçinin 284 kvadrat kilometr ərazini minalardan təmizləmişik.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə milli müdafiə naziri Hulusi Akar cari ilin yekunları ilə bağlı Ankarada keçirdiyi mətbuat konfransında ifadə edib.