Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu il 502 şəhid ailəsi üzvü sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib

27.12.2022 [13:24]

Xəbərin mətni

Bu il Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid ailələri, Vətən müharibəsi əlilləri, əlilliyi olan digər şəxslər də daxil olmaqla 2863 nəfər yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib. AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.