MƏDƏNİYYƏT


Özbəkistanda azərbaycanlı uşaqlar üçün bayram şənliyi təşkil olunub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin Qadınlar Şurası ilə birgə Daşkənddə yaşayan azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində reallaşan şənlikdə təxminən 200-dək azərbaycanlı və özbək uşaq iştirak edib.