CƏMİYYƏT


Yaşayış binasında baş verən partlayışda həlak olan polis işçisidir

Bu gün saat 16 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində hündürmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayışın baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb. Partlayışda həyatını itirən polis nəfəri Məhəmməd Babayev olub. O, polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib.