CƏMİYYƏT


Azərbaycanın pravoslav xristianları Milad bayramını qeyd edirlər

Yanvarın 7-də pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd edirlər. AZƏRTAC xəbər verir ki, bu bayram yanvarın 6-dan, Müqəddəs axşamdan başlayır. Həmin gün pravoslavlar üçün 40 günlük pəhrizin sonuncu günü və Milad bayramına hazırlıq dövrüdür. Günəş batandan sonra bütün ailə masa arxasında toplaşır. İsa peyğəmbərin həvarilərinin sayına uyğun olaraq süfrəyə 12 pəhriz yeməyi qoyulur və bu yeməklərin hər birindən mütləq dadmaq lazımdır. Masada canlı alov - şam yanır. Müqəddəs axşamın ən əsas yeməyi kutyadır. Adətən onu buğdadan hazırlayırlar. Amma üyüdülməmiş başqa yarmadan da istifadə etmək olar. Taxıl dənləri vahid bəşəriyyətin rəmzidir.