DÜNYA


Türkiyədə ağır yol qəzası olub, ölən və yaralananlar var

Türkiyənin şərqində Diyarbəkir-Silvan şosesi ilə hərəkət edən şəhərlərarası sərnişin avtobusu aşaraq yolun kənarına yuvarlanıb. AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, ağır yol-nəqliyyat qəzasında ən azı 5 nəfər həyatını itirib, 22 nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. İstintaq aparılır. Bildirilir ki, aşan avtobus “Yeni Diyarbəkir” şirkətinə məxsusdur.