Meksikada iki qatar toqquşub: 1 nəfər ölüb, daha 57 nəfər yaralanıb
08.01.2023 [13:37]
Xəbərin mətni
Meksikanın paytaxtı Mexikoda metro stansiyada iki qatarın toqquşması nəticəsində 1 nəfər ölüb, 57 nəfər xəsarət alıb.AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə şəhərin ictimai təhlükəsizlik departamentinin rəhbəri Omar Qarsiya bildirib.