CƏMİYYƏT
Şirvan sakini bədbəxt hadisə nəticəsində ölüb
09.01.2023 [10:34]
Xəbərin mətni
Şirvanda bədbəxt hadisə baş verib. Daş hasarın uçması nəticəsində ağır bədən xəsarətləri alan 38 yaşlı kişi ölüb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şirvan şəhəri 1 May küçəsində qeydə alınıb. Şirvan şəhər sakini 38 yaşlı Adıbala İbadov daş hasarın uçması nəticəsində dağıntı altında qalıb. Nəticədə çoxsaylı ağır travmalarla Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Yaralıya lazımi tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.