Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yol polisi qarlı havada sürücülərə kömək edib

09.01.2023 [19:03]

Xəbərin mətni

Ölkə ərazisində havanın yağıntılı keçməsi, yağan qar yollarda avtomobillərin hərəkətinə müəyyən çətinliklər yaradıb. Bunu nəzərə alan yol patrul xidmətinin əməkdaşları qabaqlayıcı profilaktik tədbirlər görməklə, bir çox xoşagəlməz hadisələrin qarşısını alıblar.