DÜNYA


Kaliforniyada tufan azı 16 nəfərin həyatına son qoyub

Kaliforniyada baş vermiş tufan nəticəsində azı 16 nəfər həlak olub.AZƏRTAC xəbər verir ki, ştatda havanın pisləşməsi daşqınlara və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub. Kaliforniya ştatının qubernatoru Gevin Nyusom bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib ki, həlak olanların sayı 14 nəfər çatıb. Çərşənbə axşamı səhər isə Kaliforniya ştatının Tulare dairəsində baş vermiş qəza nəticəsində daha 2 nəfər həlak olub. Paso-Robles yaxınlığında daşqın nəticəsində bir balaca uşağı sel aparıb. Uşaq itkin düşmüş hesab edilir.