Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silsilə əməliyyatlar keçirib

11.01.2023 [18:21]

Xəbərin mətni

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirib. Nəticədə, qanunsuz dövriyyədən 13 kiloqram narkotik vasitə, 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd ov tüfəngi, 32 ədəd patron və 2 ədəd patron darağı çıxarılıb.