CƏMİYYƏT


Zəfər yolunda gecə boyu buzlaşmaya qarşı tədbirlər görülüb

Zəfər yolunda gecə boyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi istiqamətində tədbirlər davam etdirilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, buzlaşmanın qarşısını almaq məqsədilə yolun hərəkət hissəsinə duz-qum qarışığı səpilib.