DÜNYA


Türkiyə ordusunun arsenalına yeni milli helikopter daxil edilib

Türkiyə Silahlı Qüvvələri (TSQ) milli istehsal olan texnika və avadanlıqlar sayəsində gücünü artırmaqda davam edir. AZƏRTAC Milli Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, mühüm məqsədlərdə istifadə etmək üçün helikopterləri tədarük etmək layihəsi çərçivəsində T-70 tipli yeni helikopter Hərbi Hava Qüvvələrinə təslim edilib.