Qusarda evdə baş verən yanğında nənə və nəvəsi ölüb
14.01.2023 [14:06]
Xəbərin mətni
Qusar rayonunda Yeni Həyat kəndində yanğın nəticəsində iki nəfər ölüb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın kənd sakini Ənvər Əlirzayevə məxsus evdə baş verib. Yanğın söndürüldükdən sonra 1955-ci il təvəllüdlü Zərəngül Əlirzayeva və 7 yaşlı nəvəsinin yanaraq öldüyü müəyyən edilib. İlkin ehtimallara görə, yanğının odun sobasından başlayıb.