DÜNYA


Nepalda qəzaya uğrayan təyyarənin iki sərnişini sağ qalıb

Yanvarın 15-də Nepalda qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində olanlardan iki nəfər sağ qalıb və onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Poxara beynəlxalq hava limanındakı mənbədən bildirilib.
Qeyd edilib ki, iki Nepal vətəndaşı xəstəxanada ağır vəziyyətdədir.
Xatırladaq ki, qəza zamanı təyyarənin göyərtəsində 72 nəfər olub, o cümlədən 53 nepallı və 7 ölkədən - Rusiya, Hindistan, Cənubi Koreya, İrlandiya, Argentina, Avstraliya və Fransadan 15 əcnəbi vətəndaş olub.