RƏSMİ


Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüşdə “Carlsberg Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluq ifadə edildi. Azərbaycanda aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri qeyd olundu.