CƏMİYYƏT


Ağstafa sakinlərində narkotik vasitə aşkar edilib

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Rövşən Nəsirov, Şəadət Məmmədov, Babək Məmmədhüseynov və Rafiq Muradov saxlanılıb. Saxlanılan şəxslərin üstlərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin və marixuana aşkar edilərək götürülüb.