SİYASƏT


Səməd Seyidov: Ermənistan Laçın dəhlizi kimi məsələlərlə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edir

Qarşıdan gələn sammit haqında danışmaq istəyirdim. Ancaq erməni deputat məni yenidən məcbur edir ki, geri dönərək reallığı təqdim edim. Erməni deputatın verdiyi məlumat tamamilə yalandır və gündəlikdən kənar olan məsələdən danışdı. İki il əvvəl biz ədaləti bərpa etdik və torpaqlarımızı işğaldan azad etdik. AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov erməni deputatın yalan dolu çıxışına cavab olaraq deyib.