DÜNYA


“Paris 2024”: Hər kəsin bildiyi, amma heç kimin danışmadığı pozuntular

Avropanı o qədər ideallaşdırmışıq ki, hətta gözümüzlə gördüyümüz qanun pozuntularına belə inanmaq istəmirik. Qanunsuzluqlar, qeyri-qanuni təcrübələr, insanların hərtərəfli istismar edilməsi və digər xoşagəlməz təcrübələrin yalnız üçüncü dünya dövlətlərində olduğuna, xüsusilə də “diktatura”, “insan hüquqlarının pozulduğu ölkə” kimi tanınan çox vaxt Şərq ölkələrində (görməsək də) olduğuna inanırdıq.