Vətən müharibəsi şəhidi Elvin Şükürlünün xatirəsi anılıb
29.01.2023 [18:25]
Xəbərin mətni
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Elvin Şükürlünün xatirəsi anılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, anım mərasimində nazirliyin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşları, hərbi təhsil müəssisəsinin professor-müəllim heyəti, kursantlar, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları iştirak ediblər.