SİYASƏT


“İranın bəzi strukturlarının terror aktının ailə zəminində olmasını iddia etməsi absurddur” - Xələf Xələfov

Tehranda səfirliyimizə qarşı terror aktının baş verməsindən dərhal sonra İranın bəzi strukturları terror aktının guya məişət zəminində baş verdiyini deyərək, bunu insanlara sırımağa çalışdılar. Bu absurddur və ictimai fikri məsələnin əsas mahiyyətindən uzaqlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.