SİYASƏT


Parisdə səfir Leyla Abdullayeva xarici jurnalistlər üçün mətbuat konfransı keçirib

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva səfirliyin Mədəniyyət Mərkəzində xarici jurnalistlərlə mətbuat konfransı keçirib. AZƏRTAC xəbər verir ki, səfir Leyla Abdullayeva ötən əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın Ermənistanın təcavüzü ilə üzləşdiyini və ərazilərinin 20 faizinin erməni işğalına məruz qaldığını bildirib. Erməni işğalı nəticəsində bir milyon azərbaycanlının doğma yurdlarından didərgin salındığını və qaçqın və məcburi köçkün həyatı yaşadığını deyib.