DÜNYA


Papa Fransisk Afrika ölkələrində apostol səfərindədir

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Afrika ölkələrinə apostol səfərinə gedib.
AZƏRTAC xəbər verir ki, Papa Fransisk fevralın 5-dək davam edəcək səfər çərçivəsində Konqo Demokratik Respublikası və Cənubi Sudanda müxtəlif görüşlər keçirəcək, dini tədbirlərdə iştirak edəcək. Roma Papası təyyarə ilə Böyük səhradan (Sahara) keçərkən burada həyatını itirənlər üçün dua edib.