CƏMİYYƏT


Nərgiz xaladan ilhamlanan qubalı qız əvvəlcə “Zil”, sonra avtobus sürücüsü oldu

68 yaşlı Nuriyyə Abdullayeva Quba rayonun İkinci Nügədi kəndində yaşayır. O, ölkəmizin şimal bölgəsində ilk avtomobil sürən qadınlardandır. Maraqlısı budur ki, N.Abdullayeva sürücülüyə 20 yaşında olarkən “Zil” markalı yük avtomobili ilə başlayıb. İki ildən sonra yük maşınını “QAZ-24”lə dəyişib. Bu maşınla taksi sürücüsü kimi ölkəmizin və keçmiş SSSR-nin bir çox şəhərlərinə sərnişin aparıb. 1979-cu ildən isə “RAF” markalı maşınla sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.