CƏMİYYƏT


Şimal rayonlarına qar yağır: Ləzədə 19 santimetr qar, Qrızda mənfi 8,5 dərəcə şaxta

Fevralın 2-si axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb. Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qarın hündürlüyü Qubanın mərkəzində 1, Xınalıq kəndində 13, Xaltanda 12, Qrızda 10, Qusarda 2, Xızının Altıağac qəsəbəsində isə 10 santimetrdir. Ən çox qar Qusarın Ləzə kəndində yağıb. Burada qarın hündürlüyü 19 santimetrdir. Qubanın Qrız kəndində mənfi 8,5 dərəcə şaxta qeydə alınıb. Qar hazırda yağmaqda davam edir.