DÜNYA


ABŞ-da buz fırtınası nəticəsində on nəfər həlak olub

ABŞ-ın cənubunda baş verən buz fırtınası nəticəsində on nəfər həlak olub. AZƏRTAC ABŞ mediasına istinadla xəbər verir ki, güclü buz fırtınası nəticəsində dörd ştatda yarım milyondan çox ev təsərrüfatında elektrik enerjisi kəsilib. Buz və sulu qar ölkə ştatlarına dörd günlük kəskin soyuq və şaxta gətirib. Bundan əlavə, ölkənin şimal ştatlarında havanın temperaturunun bəzi yerlərdə sıfırdan aşağı düşəcəyi gözlənilir.