Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidentinin tapşırığına əsasən yola salınmış FHN-in çevik xilasetmə qüvvələri Türkiyəyə çatıb

06.02.2023 [18:39]

Xəbərin mətni

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıb.