SİYASƏT


Bölmələrin döyüşə hazırolma qabiliyyəti məşq etdirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə əlaqədar praktiki məşğələlər keçirilib.
Plana uyğun olaraq bölmələrin “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrini  tərk etməsi məşq etdirilib.
Müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən məşqlərdə Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunlarının bölmələri qarşılıqlı əlaqədə müxtəlif tapşırıqları yerinə yetiriblər.