DÜNYA


Türkiyədə 70 saatdan sonra hamilə qadın dağıntılar altından xilas olunub

Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalanların axtarış-xilasetmə işləri davam edir.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Kahramanmaraş şəhərində 70 saatdan sonra 9 aylıq hamilə qadın xilas olunub.
Otuz beş yaşlı hamilə qadının və bətnindəki körpəsinin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.