Novosibirskdə partlayış nəticəsində binanın bir girişi dağılıb
09.02.2023 [11:21]
Xəbərin mətni
Rusiyanın Novosibirsk vilayətinin Zayeltsevsk rayonunda baş verən partlayış nəticəsində beşmərtəbəli binanın bir girişi dağılıb.
AZƏRTAC xəbər verir ki, binadan 50 sakin təxliyə olunub. Partlayışdan sonra hadisə yerində yanğın başlayıb.
Binanın dağılan girişində 15 mənzil olub. Partlayış üçüncü mərtəbədəki mənzildə qeydə alınıb.