Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin tapşırığına uyğun olaraq, FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola salınıb

10.02.2023 [23:09]

Xəbərin mətni

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb.
Belə ki, təyyarə ilə yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 240 ədəd çadır daxildir.