SİYASƏT


Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına uyğun olaraq fevralın 12-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Mərasimlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirən bacı və qardaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimlərdə gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edib, Vətənə sadiq olacaqlarına və layiqli xidmət edəcəklərinə söz veriblər.