DÜNYA


Türkiyə Prezidenti: 8 mindən çox insan dağıntılar altından sağ çıxarılıb

Zəlzələ nəticəsində yaralanmış 81 mindən çox insanın xeyli hissəsi xəstəxanalardan buraxılıb. Xilasedicilərin dağıntılar altından sağ çıxardığı insanların sayı 8 mini ötüb.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində keçirilən sammitə göndərdiyi videomüraciətində bildirib.