CƏMİYYƏT


Əcnəbi şəxsdən onlayn yolla narkotik alan şəxs tutulub

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Neftçala RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında gecə saatlarında keçirilən tədbir zamanı Bakı şəhər sakini Dünyamalı Qurbanbəyov rayonunun Həsənabad kəndi ərazisində saxlanılıb. Onun əlində olan çantaya keçirilən baxış zamanı 2 kiloqram 700 qramdan artıq marixuana, 505 qram heroin və 40 qramdan çox metamfetamin aşkar edilərək götürülüb.