Azərbaycan Dövlət İnformasiya Agentliyi

“ASAN xidmət” “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” mükafatına layiq görülüb

16.02.2023 [12:59]

Xəbərin mətni

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 10-cu Dünya Hökumət Sammitində “ASAN xidmət” “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilib və xüsusi mükafata layiq görülüb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.