SİYASƏT


Prezident: Yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar

Avropa İttifaqı da bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində söyləyib.