CƏMİYYƏT


Müharibənin ilk günlərindən hücuma məruz qalan Jitomir şəhəri

Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin ilk günlərindən ən çox hücuma məruz qalan ərazilərdən biri də Jitomir vilayətidir.
Jitomir şəhərinin bir çox hissələri raket hücumuna məruz qalıb, mülki binalar vurulub, bunların içərisində, həmçinin orta məktəb də var. Jitomir vilayətinin Belarusla sərhəd ərazidə yerləşdiyini nəzərə alsaq, buraların daima təhlükəli ərazi olduğunu söyləmək mümkündür.