Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Füzulidə kütləvi məzarlıq olduğu ehtimal edilən ərazi minalardan təmizlənir

21.02.2023 [14:33]

Xəbərin mətni

Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıqdan sonra, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində də belə məzarlığın olduğu ehtimal edilir. Lakin bu ərazi minalanıb. Güman olunur ki, ermənilər bu kütləvi məzarlığın yerinin bilinəcəyini təxmin edib və daha çox insanın ölümünə səbəb olmaq məqsədilə ərazini qabaqcadan minalayıblar. Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlıq olduğu ehtimal olunan ərazidə minatəmizləmə əməliyyatları həyata keçirilir.