Xocalı şahidi: Ermənilər valideynlərimi gözlərimin qarşısında qətlə yetirdilər
23.02.2023 [16:55]
Xəbərin mətni
1992-ci il fevralın 25-i saat 22-23 radələrində ermənilər hər tərəfdən zirehli texnikalarla Xocalıya hücuma keçdilər. Evləri yandırır, qarşılarına çıxanları körpə, qadın, yaşlı demədən vəhşicəsinə qətlə yetirirdilər. Mən, atam, anam, əmim və qonşularımız gizləndiyimiz evin zirzəmisindən çıxaraq Qarqar çayına doğru qaçmağa başladıq. Elə müsibətimiz də burada başlandı...