Pakistanda Xocalı soyqırımına həsr olunan seminar təşkil olunub
25.02.2023 [11:29]
Xəbərin mətni
Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin aparıcı ali təhsil ocaqlarından olan SZABİST Universiteti ilə birgə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan "Xocalı soyqırımı: Bəşəriyyətə qarşı törədilmiş qanlı cinayət" adlı seminar və fotosərgi təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl Xocalıda Ermənistanın törətdiyi soyqırımı əks etdirən fotosərgiyə baxış olub.